Ana içeriğe atla

Logistik Sistem

ELMİ-MƏQALƏ 2

 

 Logistik Sistemin Tam izahı

Hər kəsə salam, sizlərə bu Bloqumda mən  Logistik sistemi asnlaşdırılmış, yəni başa düşülən və ardıcıllığa uyğun( ierarxiq) olaraq bilikləndirəcəm. Ümid edirəm ki, bu bloqum sizlər üçün faydalı olacaq. İndi isə keçək yazımıza.


 Suallar: 

1. Logistika nədir?

2. Sistem nədir? 

3.  Hansı Logistik sistemlər var?

4. Logistik zincirin ierarxiyası necədir?

5. Logistikada bazar analizinin nəticəsi nədir?


1. Logistika

Logistika bir malın bütünlüklə yəni 0(sıfır) - dan, istehlakçıya gəlib çıxana qədər olan bütün sistemi əhatə edir. Yəni logistika 1 ci olaraq onu deyim ki, təkcə daşıma deyil, 2 ci olaraqda onu deyimki, təkcə malın  istehsaldan istehlakçıya çatdırılmasını da idarə etmir. Logistika malın, məhsulun istehsala qədər olan, istehsaldan istehlakçıya çatdırlmasına və ondan sonrakı mərhələləridə idarə edir. 

Yəni ki, biz bir sistem qururuq məhsulun istehsala, istehsaldan istehlakçıya və ondan sonrakı mərhələr daxil edirik və bu sistemə logistika adını veririk. 

Logistikanın tarxini gəlincə, Logistika ilk olaraq qədim Roma İmperatorluğunda istifadə edilməyə başladığı deyilir, həmin dövürdə müharibələrdə ordunun silah, sursatını, yeməyini düzgün idarə etmək məqsədi ilə istifadə ediblər. Ətraflı olaraq vikipediyada da tapa bilərsiz ətraflı olaraq. 


2. Sistem

Bizlər sistem sözünü ilk olaraq fizika fənnində eşitdik, orada nə mənanı verirdi? Bir çox elementlərdən ibarət olan, bir - biri ilə əlaqədə olan və bir-birinə təsir edən elementlərdən ibarət olan əlaqəyə sistem deyilir. baxın eyni ilə bu mənada da bir çox yerdə istifadə edilir. Buna nələr aiddir, bloqumuzun adındanda göründüyü kimi Logistik Sistem. 

Logistik sistemdə də eyni ilə - bütün elementlər bir ilə həm əlaqədə həm qarşılıqlı təsirdədir. 

Bu elemntlərə nələr aiddir? İnformasiya, Kadr, Anbar, Məhsul, İstehsalçı Müəssə, İstehlakçı aiddir. 

Burada onu deyim ki, optimallıq prinsipinə də əməl edilir. Optimallıq nədir? optimalllıq baxılan variantlar içərisində ən uyğun olanının seçilməsi deməkdir. Yəni baxırıq bir neçə sistem var bunlar içərisndə bizlərə ən çox sərf edən- zaman, keyfiyyət, maliyyə olaraq olanı seçirik.

3. Logistik Sistemlər

Mən burada logistik sistemlər haqqında qısa izah verəcəm. 

 Logistikanın 5 sistemi var.

1. Funksional- ixtisaslaşmış 

2. İnteqrasiya olunmuş

3. Mikrologistik sistem

4. Makrologistik sistem

5. Mezologistik sistem

6. Qlobal sistem


Mikrologistik sistem bir müəssisə daxilində ki, qurulmuş sistemdir.

Mezologistik sistem 2 və daha artıq müəssisə arasında qurulmuş sistemdir. 

Makrologistik sistem 2 daha artıq ölkə, vilayət, Bölgə arasında olan qurulmuş sistemdir. 

Qlobal Logistik Sistem yalnız ölkələrin tələbatını yəni makro hər kəsin tələbatını ödəyir bu müəssisə və təşkilatda ola bilər və ölkə daxilində də Logistika həyata keçirir, Qlobal Sistem isə yalnız Qlobal tələbatı ödəmək məqsədi ilə qurulmuş sistemdir. 


4. Logistik zəncirin ierarxiyası ( ardıcıllıq)

İndi biz Logistik sistemin ən vacib nöktəsinə gəldikdə, Çünki bu  ardıcıllıqdan birinin pozulması vəya yerinə yetməməsi böyük problemlərə səbəb olur və bu problemlər həll olunmadıqda qurulan sistem çökür. Bu reallıqdır. 

İerarxiya: 

1. Alış bazarı ( yəni məhsulun alınması üçün ehtiyac olan yer )

2. Tədarük aralıq anbarı ( aldığımız xammalın ehiyat olaraq anbarda saxlanması)

3. Alınmış məhsulların anbarları ( aldıqdan özümüz üçün ehiyatda xammalı saxlamaq)

4. İstehsal və onun aralıq anbarları ( İstehsal etdiyimiz məhsulun bir hissəsini ehiyatda saxlamaq )

5. Topdan Satış anbarları ( Məhsulun topdan satış mərkəzlərində anbarda saxlanması -- satış üçün)

6. Pərakəndə satış anbarı (bu satışın marketlərdə anbarda saxlnması --  kiçik miqdarlarda )

7. Tədarük Logistik funksiyası ( Bu bütün xammal və hazır məhsulla ehiyat məqsədi ilə saxlanması üçün  Logistikanın tətbiqi)

8. İstehsal Logistik funksiyası ( Bu logistik funksiya İstehsalın yalnız istehsalın təşkil edilməsi məqsədi ilə tətbiq edilən  Logistika)

9. Marketinq Logistik funksiyası ( marektinqə Logistikanın tətbiqi)

10 Satış bazarı -- satış bazarı Logistik zincirin əsas halqasıdır, çünki satış baş tutması Logistikanın tətbiqi uğurlu və düzgün hesab edilmir və külli miqdarda zərərə səbəb olur.


5. Logistikada bazar analizin nəticəsi


Logistikada bazar analizi çox vacibdir.

1. Rəqabətdə olduğumuz müəssinin vəziyyəti onu xidmətləri

2. Bazarın özünün analizi alıcılıq qabiliyyəti nə yerdədir. 

3. Müştərilərin analizi müştəri nə istəyir, görəlin xidmətlərdən müştərilər razıdırmı və müştərilərin hansı xidmətə  ehiyacı var. 


Bu  yazımda mən sizlər üçün əlimdən gəldiyi qədər ətraflı Logistik sistemlər haqqında məlumat verdim və ümid edirəm ki, bu yazım sizlər üçün faydalı oldu. 

Logistikanı bir sahəyə aid etmək dzügün deyil, logistikanı bizlər hər sahəyə tətbiq edə bilərik və çox gözəldə nəticələr ala bilərik. 

Təşəkürlər.

 İndi isə özüm haqqında Məlumat verim.

 Mən Səmədov Yasər hal -hazırda Azərbaycan Texniki Universitetin 4 cü kurs tələbəsiyəm. İxtisasım Nəqliyyatda Daşımaların və İdarə etmənin təşkili Mühəndisliyidir. 

Fakültəm Nəqliyyat və Logistika.

Həqiqətən Univerisitet mənə çox şey öyrətdi və buradanda bütün müəllimlərimə öz təşəkkürümü bildirirəm.  Hər kəsə Universitet oxumalarını arzu edirəm bir daha  təşəkkürlər. Özünüzə yaxşı baxın.



 




Yorumlar

Bu blogdaki popüler yayınlar

Logistikanın İlkin Anlayışı

ELMI-MƏQALƏ 1   Logistikanın təməl elmi əsasında 7 qaydadan ibarətdir .   Bu qaydalar bunlardır.  1. Məhsul -- İlk olaraq bizim bir Logistikaçı olaraq nəsə iş görməyimiz üçün məhsul olmalıdır. 2. Keyfiyyət -- Bu məhsul lazımı keyfiyyətdə olmalıdır. Çünki  son nəticədə məhsul xarab olmasın. 3. Kəmiyyət -- Bizim bu məhsulu daşımağımız üçün miqdarı yüksək olmalıdır. 4. Zaman -- Bu məhsul təyin olunan vaxtda yerinə çatması üçün əvvəlcədən bir zaman təyin edilməlidir. 5. Yer -- Bu məhsulun hara göndəriləcəyi qabaqcadan bilinməlidir.  6. Xərclər -- Müştəri üçün minimal xərclərlə logistik əməliyyat hesablanmalıdır. 7. İstehlakçı -- Mal sonda istehlakçıya çatdırılmalıdır.  Baxın burda yazılanlar bir Logistikaçının bilməli olduğu ilkin anlayışlardır. Logistika ilə məşğul olan şəxs bunları və daha artığını bildikdən və tətbiq etməyi bacardığdan sonra Logistika ilə məşğul olmağa başlamalıdır.  

Nəqliyyat Məhsulu

 ELMİ-MƏQALƏ 3 Nəqliyyat məhsulu     Hər Kəsə salam, bu yazımda sizlərə Nəqliyyat Elmində adı çox keçən və lakin Nəqliyyatla əlaqəsi olan şəxslərdən başqa demək olar ki, heç kimin eşitmədiyi Nəqliyyat Məhsulu Terminin nə mənaya gəldiyi haqqında yazacam.  Nəqliyyat insanlar daim öz ehtiyaclarını ödəmək üçün, daşıma ehiyacını ödəmək üçün istifadə etmişdir.     İnsanların bəziləri bu daşımaya fərqli baxış tərzindədir. Bəziləri maddi istehsal, bəziləri Qeyri maddi istehsal sahəsi olaraq baxılır. Nəqliyyat məhsulu qeyri-maddi isteshal sahəsidir.  Əvvəla onu nəzərinizə çatdırım ki, bu daşıma işinə istehsal olaraq baxılır, çünki, məhsul bir yerdən başqa yerə daşındıqda müəyyən müddətlikdə olsa Nəqliyyatda aid olur və sonda daşımaya sərf olunan, pul daşınan malın üzərinə gəlir, beləliklə daşınan məhsulun dəyəri artmış olur. -- Bax buna görədə Nəqliyyatda daşınan mala Nəqliyyat məhsulu deyilir.  Nəqliyyat məhsulu  qeyri- maddi sahədir və bu nəqli...